Barter və Satış Portalı
  • KATEQORİYA
  • SÖZƏ GÖRƏ AXTAR
  • ELANA GÖRƏ AXTAR
  • QİYMƏTƏ GÖRƏ AXTAR

İstifadəçi razılaşması və qaydalar

İstifadəçi razılaşması

 

Administrasiya - "Flexible Solution" MMC
İstifadəçi - Bashabash.az saytında hər hansısa bir məhsulu barter etmək istəyən şəxs
İstifadəçi və Administrasiyanın arasında olan razılaşmaya əsasən:

 

İstifadəçinin öhdəlikləri:
- Servis xidmətlərindən və materiallarından istifadə etmək, qüvvədə olan məlumatları digər istifadəçilərə təklif etmək və servisdə yerləşdirmək.
- Administrasiya tərəfindən qeydiyyatdan keçmiş istifadəçi servisdə elanları yerləşdirmək hüququnu malikdir (qeydiyyatdan keçməyən şəxslər elan yerləşdirə və təkliflər ala bilmir).
- Administrasiyanın reklamla bağlı hər hansısa öhdəliyi yoxdur.
- İstifadəçi istədiyi məlumatı(elanı) yerləşdirə bilər. Administrasiya elanı qəbul etdikdən sonra məlumat saytda paylaşılır.
- Servisə qeydiyyat könüllüdür.
- İstifadəçinin digər istifadəçi ilə olan əlaqəsindən administrasiya məsuliyyət daşımır.


İstifadəçinin məsuliyyəti: 
- İstifadəçi yerləşdirdiyi elanda reallığı əks etdirən məlumatı paylaşmalıdır.
- İstifadəçinin yerləşdirdiyi məlumata görə özü cavabdehlik daşıyır və Administrasiya hər hansı məsuliyyəti daşımır.
- İstifadəçi qeydiyyatdan keçdiyi parolunu gizli saxlamağı öz öhdəsinə götürür. Elektron ünvanından və parolundan yerinə yetirilən hərəkətlərə görə özü məsuliyyət daşıyır. İstifadəçi servis xidmətlərindən öz şəxsi elektron ünvandan, parolundan və əlaqə nömrəsindən istifadə edərək, təklif almaq hüququna malikdir.
- İstifadəçi e-mail ünvanından və əlaqə nömrəsindən istifadə edərək, təklif almaq hüququna malikdir.
- İstifadəçi digər istifadəçi ilə olan əlaqəni özü qurur və barterlə bağlı danışıqlar sırf bir-birinin arasında həyata keçirilir.


Administrasiyanın öhdəlikləri:
- İstifadəçi tərəfindən servisə yerləşdirilən məlumatın düzgünlüyünü yoxlamaq və elanı hər kəsə açıq etmək.
- Qeydiyyatdan keçən istifadəçi və informasiyanın yoxlanılmasında düzgünlüyün texniki qərarlara əsasən verilməsini təmin etmək.
- Administrasiya istifadəçinin qeyd etdiyi məlumatların düzgünlüyünü yoxlayır. Ancaq O zəmanət verə bilməz ki, istifadəçi həqiqətən təqdim edildiyi kimidir.
- Administrasiya (servis) şəxsi mülahizə, mübahisə və istifadəçilər arasında ola biləcək qanuna uyğunsuzluqlar olduğu halda, istifadəçinin girişini dayandırmaq hüququna malikdir.
- Xidmətlərə girişi dayandırılan və ya məlumatları həqiqi olmayan istifadəçi Administrasiyanın xüsusi icazəsi olmadan təkrar qeydiyyatdan keçmək hüquqlarına malik deyil.

 

Administrasiyanın məsuliyyəti:
- Yerləşdirilən elandakı məlumatların düzgün və dolğun formada digər istifadəçiyə çatmasını təmin etmək.
- Administrasiya istifadəçinin qeyd etdiyi (təsdiq edildiyi) elektron poçt ünvanına digər istifadəçinin təklifini çatdırmaq öhdəliyini daşıyır.
- İstifadəçi tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə servis məsuliyyət daşımır.
- Servisin istifadəçisi elanları yerləşdirməyi və barter etməyi qeyd olunan məlumatlara uyğun olaraq tam informasiya halında çatdırmalıdır. Bunun üçün administrasiya məsuliyyət daşımır.
- Servisdə istifadəçinin aldadılması hallarının aşkarlanması halında administrasiya xüsusi qurumlara müraciət edə bilər, lakin birbaşa olaraq bu hallardan məsuliyyət daşımır.
- İstifadəçinin digər istifadəçi ilə olan əlaqəsindən administrasiya məsuliyyət daşımır.


Bu hallara yol verilmir:

● İstifadəçi tərəfindən yanlışlıq, qeyri-dəqiqlik və ya aldatma halları.
● Servis qeydiyyatında olan və olmayanların dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratması. 
● Oğurluq və ya saxta əşyalarla sazişlərin bağlanmasına aparmaq.
● Üçüncü şəxsin mülkiyyətini pozmaq və ya onun ticarət sirrinə, şəxsi həyatına toxunulmazlıq hüququna qəsd etmək.
● İnsanlara qarşı böhtan atmaq, təhdid etmək və şəxsi məlumatlarından saytın tələblərinə uyğun olmayan hallar üçün istifadə etmək.
 
Əlavələr: 
● Elanın servisdən asılı olan və ya olmayan səbəbdən silinməsi, nümayiş müddətinin dəyişməsi, dayandırılması və uzadılması, administrasiyanın öhdəliyindədir.
● Saytda yerləşdirilən elanın redaktə olunması, başqa rubrikalarda istifadə edilməsi, online səhifələrdə bununla bağlı məlumatların yerləşdirilməsi birbaşa olaraq administrasiyanın öhdəliyindədir.
● Administrasiya elanların yerləşdirilməsində və elanla bağlı əməkdaşlıqların edilməsində bütün hüquqlara malikdir.
● Administrasiya istifadəçi məxfiliyini qorumaq üçün servisdə (elanda) dəyişikliklər edə, silə və ya qaydalarını yeniləyə bilər. 
● Yeniliklərin baş verdiyi halda istifadəçi qeydiyyatını (aktivliyini) davam etdirə, yeniliyə və sonlandıra bilər. 
 
Siz Bashabash.az saytında istifadə etmədiyiniz əşyalarınızı, mülklərinizi yerləşdirə və başqa elanlarla bashabash edə bilərsiniz.
Burada elanın dəyərindən asılı olmayaraq hər şeyi barter etməyiniz mümkündür.
 
Servisdən istifadə qaydası (elan necə yerləşdirilir?):
- http://www.bashabash.com/ sayta daxil olursunuz.
- “Qeydiyyat” hissəsinə daxil olursunuz.
- İstifadəçi adınızı,  E-mail ünvanınızı qeyd edirsiniz.
- Şifrənizi yazır və təkrar yoxlayırsınız.
- Daha sonra “Elan Əlavə Et” hissəsinə daxil olur və barter edəcəyiniz əşyanı uyğun “Kateqoriya”ya daxil edərək yerləşdirirsiniz